General-leytenant Etibar Mirzəyev Ərdoğanla görüşdü

General-leytenant Etibar Mirzəyev Ərdoğanla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələ ilə bağlı qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

Xalqxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən heyətə qardaş ölkədə görülən işlərə görə təşəkkür edib.

"Hamımızın başı sağ olsun. Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm", - Ərdoğan görüş zamanı bildirib.
General-leytenant Etibar Mirzəyev Ərdoğanla görüşdü


Geri qayıt