G7 ölkələri razılaşdı - Rusiyaya qarşı sanksiyalar gücləndirilir

G7 ölkələri razılaşdı - Rusiyaya qarşı sanksiyalar gücləndirilir  
G7 ölkələrinin xarici işlər nazirləri Ukraynaya dəstəyi davam etdirmək və Rusiyaya qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəliblər. 

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib və Kiyevlə fəal əməkdaşlıq edərək dünya nizamını qorumaq üçün razılaşmaları gücləndirmək barədə razılaşıblar. 

Xarici işlər nazirləri həmçinin Rusiyaya qarşı sanksiyaları saxlamaq və gücləndirmək, habelə üçüncü ölkələri ona dəstəyi dayandırmağa çağırıblar.
Geri qayıt