Roskosmos Türkiyədə zəlzələdən sonra yaranan tektonik qırılmanın peyk görüntüsünü yaydı

Roskosmos Türkiyədə zəlzələdən sonra yaranan tektonik qırılmanın peyk görüntüsünü yaydı  Rusiya peyki Türkiyənin Hatay vilayətində zəlzələ nəticəsində hava limanının dağılan uçuş-enmə zolağının görüntüsünü yayıb.

Xalqxeber.az  xəbər verir ki, bu barədə "Roskosmos" peyk görüntülərini yayıb. Görüntüdə hava limanının ətrafındakı geniş ərazinin su altında qaldığı müşahidə edilir. Müqayisə üçün 2021-ci ilin dekabrında çəkilmiş foto də əlavə olunub.

Qeyd edək ki, fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində Hatay hava limanının yeganə uçuş-enmə zolağı tamamilə sıradan çıxıb.

Bundan əlavə, Roskosmos Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində yaranan tektonik qırılmanın peyk görüntüsünü də yayıb.


Geri qayıt