"İrəvanın bu addımı KTMT üçün çətinliklər yaradır" - Rusiya XİN

"İrəvanın bu addımı KTMT üçün çətinliklər yaradır" - Rusiya XİN İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Sarsılmaz Qardaşlıq - 2023" təlimlərini Ermənistan ərazisində keçirməməsi təşkilatın müttəfiqləri üçün müəyyən çətinliklər yaradır. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Aydındır ki, bu məsələdə Ermənistan mövcud vəziyyəti nəzərə alaraq silahlı qüvvələrinin qarşısında duran prioritet vəzifələr əsasında fəaliyyət göstərməkdə davam edir. Xatırlatmaq istərdim ki, ötən il Ermənistan Müdafiə Nazirliyi KTMT-nin Qazaxıstanda keçirilən birgə təlimlərində iştirak etmək üçün hərbi kontingent ayırmayıb. Bu, əlbəttə ki, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır və onları hərbi idarələr tərəfindən artıq razılaşdırılmış planları yenidən cızmağa məcbur edir", - Zaxarova deyib.


Geri qayıt