Bu sammitdə 150 milyon toplandı - Zelenski

Bu sammitdə 150 milyon toplandı - Zelenski  
Afrika ölkələrində taxıl böhranının aradan qaldırılmasına yönəlmiş Ukraynanın Ərzaq Təşəbbüsü ilk sammitdə 20-dən çox iştirakçı ölkədən və AB-dən 150 milyon dollar toplayıb.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ukraynadan taxıl qlobal sabitliyə ən böyük töhfələrdən biridir. Hazırda bu təşəbbüsdə 20-dən çox dövlət və AB maliyyə cəhətdən iştirak edir. 10-dan çox dövlət isə qoşulmağa hazırlaşır”, - Zelenski bildirib.
Geri qayıt