Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq

Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq  
Polşa Ukrayna taxılının ixracı üçün Ukrayna ilə sərhəd infrastrukturunu genişləndirmək niyyətindədir və artıq bu məqsədlə xeyli miqdarda vəsait ayırır.

Bunu gün Kiyevdə keçirilən "Ukraynadan taxıl" sammitində Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, Rusiyanın Qara dənizdə Ukrayna taxıl və ərzaq məhsullarının ixracını blokadaya alması səbəbindən Polşa Ukrayna ilə sərhəddə yeni keçid məntəqələrinin tikintisinə hazırlaşır:

"Bu, Polşa vasitəsilə Baltik dənizindəki limanlarımıza tranzit ixracını təmin etmək üçün Ukraynanın bərpasını dəstəkləmək və bugünkü çağırışların aradan qaldırılmasına dəstək vermək üçün lazımdır".
Geri qayıt