ABŞ generalı Azərbaycana təşəkkür etdi

ABŞ generalı Azərbaycana təşəkkür etdi ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəhbəri, general Cozef Danford ABŞ Konqresinin Nümayəndələr Palatasında Müdafiə Nazirliyinin büdcəsi barədə dinləmələr zamanı ölkəsinin Əfqanıstandakı əməliyyatlarında Azərbaycanın böyük rolunu qeyd edib.

Bu barədə Pentaqona istinadən məlumat yayıb.

Deputatlardan birinin Əfqanıstandakı əməliyyatlarda ABŞ-ın müttəfiqi kimi Azərbaycanın rolu barədə sualına cavab verən C.Danford qeyd edib ki, fevral ayında o, Azərbaycana səfər edib və burada ölkə rəhbərliyi ilə görüşüb.

O, Əfqanıstana göstərilən köməyə görə Azərbaycana minnətdarlığını bildirib və ABŞ-ın əməliyyatları üçün Azərbaycandan keçən marşrutun vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu gün Vaşinqton Əfqanıstanda əməliyyatların həyata keçirilməsi üçün Azərbaycandan keçən marşrutun genişləndirilməsinə ehtiyac duymur.
Geri qayıt