Zaxarova Zəngəzur dəhlizindən danışdı

Zaxarova Zəngəzur dəhlizindən danışdı  
Zəngəzur dəhlizinin təşkili ilə bağlı məsələ Soçidə müzakirə edilib. 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərlə keçirdiyi brifinqdə deyib. 

"Biz “marşrut” terminindən istifadə edirik. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçidə keçirilən sammiti zamanı regionda nəqliyyat əlaqələrinin açılması problemi müzakirə olunub", - Rusiya rəsmisi bildirib.

Zaxarovanın sözlərinə görə, müvafiq işlər üç ölkənin Baş nazir müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində davam etdiriləcək.
Geri qayıt