KTMT-nin növbəti iclasının vaxtı açıqlandı

KTMT-nin növbəti iclasının vaxtı açıqlandı  
Noyabrın 23-də İrəvanda ölkə liderlərinin Ermənistana yardımı müzakirə edəcəyi KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının keçirilməsi planlaşdırılır.

Bu barədə erməni mətbuatı məlumat yayıb. 

"Belarus prezidentinin KTMT-nin baş katibi ilə görüşü baş tutub. Tərəflər təşkilatın səlahiyyətində olan vəziyyəti, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş növbədənkənar sessiyasının nəticələrini müzakirə ediblər.Stanislav Zas Aleksandr Lukaşenkoya KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq prosesi, habelə Kollektiv Təhlükəsizlik Şurasının bir sıra ayrıca göstərişlərinin icrası barədə məlumat verib", - deyə KİV-də qeyd olunub.
Geri qayıt