İrandan Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılır

Bu barədə Türkiyənin BOTAŞ şirkəti bildirib.
Şirkətin məlumatına əsasən, həmin boru xətti ilə qaz nəqli 8 gün müddətinə dayandırılacaq.
Qeyd edək ki, İran Rusiyadan sonra Türkiyəyə ikinci ən böyük qaz ixracatçısıdır. Bu ilin yeddi ayı ərzində İrandan Türkiyəyə 5,3 milyard kubmetr qaz nəql olunub.