Karlovu kim oldürüb? - Yeni İDDİA

Karlovu kim oldürüb? - Yeni İDDİA Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov Fəthulla Gülən hərəkatının tərəfdarlarının əmri ilə öldürülüb.

Bu barədə Ankara Prokurorluğunun iddianaməsində deyilir.

Prokurorluğun iddiasına əsasən, qətli törədən Mövlud Mərt Altıntaşın təşkilatın 5 üzvü ilə əlaqəsi olub.

Bundan başqa, qatilin Kiprdə otellərin birində fəthullaçılarla görüşdüyü və təlimatları aldığı iddia edilib.

Qeyd edək ki, Rusiyanın səfiri ötən ilin dekabrında Ankarada qətlə yetirilib.
Geri qayıt