Bu ölkənin Çindəki səfiri naməlum səbəbdən ÖLDÜ

Bu ölkənin Çindəki səfiri naməlum səbəbdən ÖLDÜ  
Myanmanın Çindəki səfiri U Myo Tan Fe Çinin Kunminq şəhərində naməlum səbəbdən dünyasını dəyişib. 

Bu barədə "Reuters"in məlumatında deyilir. 

Rəsmi sənədlərdə səfirin hansı səbəbdən öldüyü göstərilməməsinə baxmayaraq, Myanmanın Pekindəki diplomatik korpusu, eləcə də bir sıra Çin KİV-ləri ölüm səbəbi kimi infarktı göstəriblər. Diplomat sonuncu dəfə Çinin cənub-qərbində, Myanma ilə həmsərhəd olan Yunnan əyalətində rəsmi şəxslə görüşərkən görüntülənib.

Qeyd edək ki, o, 2021-ci ildən bəri Çində vəfat edən dördüncü səfir idi. 
Geri qayıt