Ermənistanda silahlı atışma: Yaralananlar var

Ermənistanda silahlı atışma: Yaralananlar var  
Ermənistanın Kərkibasar vilayətinin Kazaravan kəndində silahlı atışm baş verib. 

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, 52 yaşlı Varduy Akopyan adlı şəxs aşağı ətraflarından aldığı çoxsaylı güllə yaraları ilə Aştarak xəstəxanasına çatdırılıb. Ondan dərhal sonra 28 yaşlı Qor və 30 yaşlı Qnel Akopyan adlı şəxslər də xəstəxanaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Kazaravan kənd sakini Qurgen Movsisyan mübahisə zamanı Tiqran Sərkisyana İj-43 markalı ov tüfəngindən atəş açıb. Nəticədə Akopyanlar yaralanıb.

Polis Sərkisyanı saxlayıb. Atəş açan şəxsin isə axtarışları davam edir.


Geri qayıt