Polşalı MMA döyüşçüsü Ukraynada dünyasını dəyişdi

Bu barədə Polşa MMA Federasiyası məlumat yayıb.
“Biz Polşalı könüllü kimi Ukraynanın Beynəlxalq Müdafiə Legionunun tərkibində döyüşən və orada həlak olan Tomkonun ölümünü böyük kədər hissi ilə öyrəndik”, - bəyanatda deyilir.
Valentek həvəskar MMA turnirlərində iştirak edib. 2021-ci ildə Gliwice-də İkinci MMA Turnirinin qalibi olub.