Dünyanın ucuz təyyarə bileti satan şirkəti qiymətləri ARTIRACAQ

Dünyanın ucuz təyyarə bileti satan şirkəti qiymətləri ARTIRACAQ

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında İrlandiyanın aşağı büdcəli Ryanair aviaşirkəti ucuz biletlər siyasətindən əl çəkdiyini açıqlayıb.

Bunu Ryanair şirkətinin rəhbəri Maykl O'Liri deyib.
Aşağı büdcəli aviabiletlərin qiymətləri hazırkı orta səviyyə olan 40 avrodan 50-60 avroya qaldırılacaq. Ryanair uçuşların qiymətini tədricən artıracaq, bu proses beş ilə qədər davam edəcək.


O'Liri qeyd edib ki, biletlərin qiymətinin artmasının əsas səbəbi neftin qiymətinin yüksək olması və ekoloji vergilərin yüksək olmasıdır.
Geri qayıt