Ərdoğan Mişellə görüşdü: Nələr müzakirə edildi?

Ərdoğan Mişellə görüşdü: Nələr müzakirə edildi?  
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişellə görüşüb.

Bu barədə Şarl Mişel Tvitter hesabında yazıb.

"Biz Madriddə Prezident Ərdoğanla Türkiyənin BMT-nin baş katibi Antonio Quterreşin Ukraynadan taxıl ixracının bərpası səylərinə dəstəyini müzakirə etdik. Rusiyanın suveren dövlətə təcavüzü qəbuledilməzdir", - Ş.Mişel qeyd edib.


Geri qayıt