ABŞ-da yüzlərlə aviareys təxirə salındı

ABŞ-da yüzlərlə aviareys təxirə salındı ABŞ-da yüzlərlə aviareys təxirə salınıb.

ABŞ-da 19 iyunun federal bayram kimi qeyd olunması ilə əlaqədar səyahət intensivliyi artıb, digər tərəfdən isə sərt hava şəraiti və kadr çatışmazlığı səbəbindən uçuşların təxirə salınması problemlər yaradıb.

ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) verdiyi açıqlamada, 2021-ci ilin Şükran Günü bayramından bu günə kimi bu həftə sonu ən çox sərnişin olduğunu bildirib. TSA-nın məlumatına görə, iyunun 17-də hava limanlarında 2 milyon 440 minə yaxın sərnişin yoxlanılıb.

Digər tərəfdən uçuşların təxirə salınması hava limanlarında xaos yaradıb. Uçuşları izləyən FlightAware-in məlumatına görə, iyunun 17-də təxminən 1500 reys ləğv edilib, 9 minə yaxın reys gecikib.

Bildirilib ki, ləğv və təxirə salınmalara ölkənin müxtəlif bölgələrində kəskin hava şəraiti, habelə Kovid-19 epidemiyası ilə bağlı aviaşirkətlərdə kadr çatışmazlığı və infrastruktur çətinlikləri səbəb olub.
Geri qayıt