Nazarbayevlə Tokayev səs verdilər

Nazarbayevin mətbuat katibi Aidos Ukibay Tviterdə eks-prezidentin seçki qutusunun yanında çəkilmiş şəklini paylaşıb.
“Nursultan Nazarbayev ümumxalq referendumunda Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsinə səs verib”, - o yazıb.
Tokayev öz seçimini Nur-Sultan şəhərində, yeni Məktəblilər Sarayında yerləşən 59 saylı seçki məntəqəsində edib.