"Putinə sui-qəsd cəhdi olub" - Budanov

"Putinə sui-qəsd cəhdi olub" - Budanov Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibə başlayandan sonra sui-qəsd təşkil olunub.  

Xalqxeber.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov “Ukrayna Pravda” qəzetinə müsahibəsində bildirib. 

"Putinə sui-qəsd olub. Bu, gizli məlumatdır. Lakin sui-qəsd çox uğursuz olub. Bu, təxminən iki ay əvvəl baş verib”, - deyə Budanov ifadə edib.
Geri qayıt