Bolqarıstan limanlarını Rusiya gəmiləri üçün BAĞLADI

Bolqarıstan limanlarını Rusiya gəmiləri üçün BAĞLADI  
Aprelin 16-dan Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilərin Bolqarıstanın dəniz və çay limanlarına girişi qadağan edilib.  Bu, 24 fevral 2022-ci ildən sonra Rusiya bayrağını və ya reyestrini dəyişdirmiş bütün gəmilərə də aiddir.

Bu barədə  Bolqarıstan Dəniz Administrasiyası məlumat yayıb.

Qadağa Aİ Şurasının 2022-ci il 8 aprel tarixli qərarı əsasında Rusiyanın Ukraynada sabitliyi pozan hərəkətləri ilə bağlı məhdudlaşdırıcı tədbirlərə əsaslanıb.

Xatırladaq ki, Rumıniya Dəniz Administrasiyası da Rusiya bayrağı altında üzən gəmilərin limanlarına daxil olmasını qadağan edib. 
Geri qayıt