Rusiya Donbasa qarşı hücuma başladı - Ukrayna rəsmisi

Xalqxeber.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.
O, Rusiyanın şimaldan və cənubdan eyni vaxtda hücum əməliyyatı keçirməyə çalışacağını vurğulayıb.
Bundan əvvəl Oleksiy Arestoviç qeyd edib ki, yaxın iki həftə ərzində Donbasda ağır döyüşlər aparılacaq və bu, müharibənin növbəti mərhələsinin taleyini müəyyən edəcək.