"Mənim sizin köməyinizə ehtiyacım var" - Zelenski

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı deyib.
Ukrayna Prezidenti qeyd edib ki, havadan müdafiə sistemləri çox vacibdir:
"Bizim güclü havadan müdafiə sistemlərimizə ehtiyac var ki, xalqımızı qoruya bilək. Sizdə bunlar var. Amma onlardan Ukrayna səmasını qorumaq üçn istifadə olunmur. Mənim indi sizin köməyinizə ehtiyacım var”.