Rusiya və Ukrayna danışıqların ilkin nəticələrinə yekun vuracaq

Bunu Vladimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak bildirib.
"Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Böyük bir problem sahəsi daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrin yekunlaşdırılması üçün danışıqlar sessiyası keçiriləcək", - Podolyak "Twitter"də yazıb.
xxx
13.03.2022 / 22:32
"Hazırda Rusiya ilə Ukrayna arasında heç bir danışıq aparılmır. Danışıqlar bazar ertəsinə nəzərdə tutulub".
Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Qeyd edək ki, bu gün "Reuters" xəbər agentliyi Ukraynadakı mənbələrə istinadla 2 ölkə arasında danışıqlar aparıldığı barədə məlumat yayıb.