Putini təbrik edən ukraynalı deputatla bağlı həbs qərarı verildi

Putini təbrik edən ukraynalı deputatla bağlı həbs qərarı verildi
Ukraynanın Lvov şəhərinin Liçakovski rayon məhkəməsi Ali Radanın deputatı İlya Kiva ilə bağlı qiyabi həbs qərarı çıxarıb.

“Həyat naminə - müxalif platforma” partiyasının həmsədri olan İlya Kiva dövlətə xəyanət, ərazi bütövlüyünə qəsd, silahlarla qeyri-qanuni rəftar, müharibə təbliğatında ittiham olunur.

Qeyd edək ki, İ.Kivanın Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, onu “dost xalqımızın lideri” adlandırmışdı.

Hazırda deputatın ölkə xaricində olduğu bildirilir.
Geri qayıt