"Türkiyə ilə təmaslarımız davam edəcək" - Mirzoyan

"Türkiyə ilə təmaslarımız davam edəcək" - Mirzoyan “İkitərəfli münasibətləri inkişaf etdirmək üçün qeyd-şərtsiz təmaslara davam edəcəyik”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

“Ermənistan bölgədə sülhün bərqərar olmasında qərarlıdır”, - nazir vurğulayıb.

A.Mirzoyan M.Çavuşoğluna Antalya Diplomatiya Forumuna dəvət üçün təşəkkürünü bildirib.
Geri qayıt