Kadırovun ukraynalılarla döyüşmək üçün göndərdiyi GENERAL MƏHV EDİLDİ

Kadırovun ukraynalılarla döyüşmək üçün göndərdiyi GENERAL MƏHV EDİLDİ Ukrayna qoşunları Qostomel yaxınlığında Rusiya xüsusi təyinatlılarının karvanını darmadağın edib.

Bu barədə Ukrayna xüsusi təyinatlılarındakı mənbə yerli KİV-lərdən birinə açıqlamasında bildirib.

"Bunlar Kadırovçular idi. Onları super-elitar birlik hesab edirlər. Kolonnanın məğlubiyyəti zamanı Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general Maqomed Tuşayev məhv edilib. Bütün bunları əsir götürülən hərbçi təsdiqləyib. Milli Qvardiya indi Ukraynanın atıcı silahlarından və Alfa xüsusi bölməsindən qalanlarla məşğul olur",  - deyə bildirilib. 
Geri qayıt