Kiyevdə bəzi saatlarda küçəyə çıxmaq QADAĞAN EDİLDİ

Bu barədə paytaxtın meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.
“Paytaxtın daha effektiv müdafiəsi və sakinlərin təhlükəsizliyi üçün bu gündən komendant saatı tətbiq olunacaq”, - o bildirib.
V.Kliçkonun sözlərinə görə, komendant saatı zamanı küçədə olan bütün mülki şəxslər düşmənin təxribat-kəşfiyyat qruplarının üzvləri sayılacaq:
“Sizdən xahiş edirəm ki, vəziyyətə anlayışla yanaşasınız və küçələrə çıxmayasınız”.