Rus ordusu Kiyevi iki günə alacaq – “Röyters”

Rus ordusu Kiyevi iki günə alacaq – “Röyters”

ABŞ rəsmiləri hesab edirlər ki, Rusiya Ukraynanın işğalı üçün lazım olan qüvvələrin təxminən 70%-ni hazırlayıb.

Bu barədə “Röyters” məlumat yayıb.

Agentlik bildirib ki, əgər Rusiya Kiyevi işğal etmək qərarına gəlsə, Ukrayna paytaxtı bir-iki günə alınacaq.

“ABŞ-ın hesablamalarına görə, hərbi əməliyyatlar zamanı Ukraynanın itkiləri 5-25 min, Rusiyanın itkiləri 3-10 min, mülki itkilər isə 25-50 min nəfər ola bilər. Bundan əlavə, ABŞ rəsmiləri iddia edirlər ki, irimiqyaslı hücum milyonlarla insanın didərgin düşməsinə səbəb olacaq”, - təhlildə qeyd olunub.
Geri qayıt