Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazı müzakirə etdi

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
Nazirlər Əfqanıstan, Suriya, Cənubi Qafqaz və Xəzər də daxil olmaqla regional məsələləri müzakirə ediblər.
Diplomatlar söhbət zamanı dünya siyasətinin müəyyən məsələlərinə, Rusiya-İran əməkdaşlığının inkişaf perspektivlərini, o cümlədən iki ölkə arasında siyasi dialoqun inkişafı, mədəni-humanitar əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə danışıblar.