THY PCR test tələbini ləğv etdi

THY PCR test tələbini ləğv etdi Türk Hava Yolları (THY) Türkiyədə bütün daxili reyslərdə sərnişinlərin təyyarəyə minərkən PCR testi tələbini ləğv edib.

Bu barədə hava daşıyıcısının baş direktoru Bilal Ekşi Tvitter hesabında məlumat verib.

"Səlahiyyətli orqanlarımızın qəbul etdiyi qərara uyğun olaraq, bütün sərnişinlərimizdən artıq daxili reyslərdə PCR testləri tələb olunmur. Onlar üçün HES kodunu təqdim etmək kifayət edəcək", - Ekşi yazıb.

Qeyd edək ki, Türkiyəyə gələn bütün əcnəbilər sağlamlıq kodunu (HES kodu) almaq üçün ölkəyə girişdən 72 saat əvvəl elektron sorğu vərəqələrini doldurmalıdırlar. Bu, “register.health.gov.tr” saytında edilməlidir, bundan sonra fərdi HES kodu avtomatik olaraq verilir.

Xatırladaq ki, son həftələr Türkiyədə koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb. Səhiyyə naziri Fahrettin Koca bu vəziyyəti ölkədə dominant hala gələn yeni “omicron” ştamının yayılması ilə əlaqələndirib.


Geri qayıt