Ərdoğan Azərbaycanla bağlı sənədi TƏSDİQLƏDİ

Ərdoğan Azərbaycanla bağlı sənədi TƏSDİQLƏDİ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumunu təsdiqləyib.

Dövlət başçısının sərəncamı "Rəsmi Qazet"də dərc olunub.

Qeyd edək ki, iki ölkə arasında təbii qazın tədarükünə dair anlaşma memorandumu ötən ilin dekabrında imzalanıb.


Geri qayıt