Bu ölkə Ukraynaya ölümcül silahlar ixrac etməyə hazırdır

Bu ölkə Ukraynaya ölümcül silahlar ixrac etməyə hazırdır Litva Ukraynanı bütün vasitələrlə, o cümlədən öldürücü silahların ixracı ilə dəstəkləməyə hazırdır.

Xalqxeber.az xəbər verir ki, bunu Litvanın Müdafiə Nazirliyinin rəhbəri Arvidas Anuşauskas bildirib.

“Diplomatiya o zaman uğurlu olacaq ki, ölkə öz suverenliyini müdafiə etmək və təmin etmək üçün bütün vasitələrə malik olsun. Ukraynaya hər vasitə ilə dəstək vermək lazımdır, Litva buna hazırdır, o cümlədən Ukraynaya öldürücü silahlar ixrac etməklə”.

Müdafiə naziri Litvanın Ukraynaya hansı silah növlərini təhvil verəcəyini dəqiqləşdirməyib.

Geri qayıt