Trampın Rusiyayla daha bir əlaqəsi üzə çıxdı - Məlumat ötürürmüş

Trampın Rusiyayla daha bir əlaqəsi üzə çıxdı - Məlumat ötürürmüş Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Rusiyaya gizli məlumat sızdırıb.

Xarici mətbuata istinadən xəbər veririk ki, ABŞ mediyasının əldə etdiyi məlumata görə, gizli informasiya İŞİD terrorçu qruplaşması ilə əlaqədardır. Tramp məlumatı Rusiyanın Xarici İşlər Nazirliyinə ötürüb. “Washington Post” xəbər verir ki, belə bir məlumatın Rusiyaya sızdırılmasına icazə olmayıb.

Tramp ötən həftə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu qəbul etmişdi.

Rəsmilər bu barədə qaldırılan iddiaları təkzib etsə də, Respublikaçıların Partiyasının məsələ ilə əlaqədar izahat verməsi tələb olunur.

Trampın prezident seçkiləri kampaniyası zamanı Rusiya ilə əlaqədə olması iddiaları artıq ona qarşı şübhələrin yaranmasına səbəb olmuşdu. Hazırkı iddialar isə bu şübhələrin daha da artmasına səbəb olub.

Tramp isə onunla bağlı iddiaları “yalan xəbər” adlandırır.
Geri qayıt