Hulusi Akar Azərbaycana təşəkkür etdi

Xalqxeber.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O, Əfqanıstandakı missiya zamanı göstərdikləri dəstəyə görə bir sıra dövlətlərə, o cümlədən Azərbaycana təşəkkür edib:
“Terror hücumlarını qınayırıq. Kabildəki işbirliyinə görə qəhrəman Azərbaycan əsgərlərinə, nazirlik və dövlət qurumlarına təşəkkür edirəm. Missiya müddətində dəstək olan əfqan qardaşlarımıza, ABŞ, İngiltərə, Almaniya və Tacikistana minnətdarlığımı bildirirəm”.