Berluskoni xəstəxanaya yerləşdirilib

Berluskoni xəstəxanaya yerləşdirilib İtaliyanın 84 yaşlı sabiq baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, sabiq baş nazir Milandakı “San-Raffaele” xəstəxanasındadır.
TASS-ın müxbiri siyasətçinin kompleks klinik müayinə olunması və səhhətindəki problemin aşkarlanması üçün bu addımın qaçılmaz olduğu barədə məlumat verib.
Bildirilib ki, siyasətçi dünəndən sözügedən xəstəxanadadır.
Geri qayıt