Türkiyədə sel qurbanlarının sayı artdı

Türkiyədə sel qurbanlarının sayı artdı Türkiyənin Qərbi Qara dəniz bölgəsində sel nəticəsində həlak olanların sayı 82-yə çatıb.
“Xalqxeber.az” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi yayıb.
Məlumata əsasən, avqustun 11-də bölgədə başlayan güclü leysan yağışları nəticəsində baş vermiş sel və torpaq sürüşməsi zamanı Kastamonuda 71, Sinopda 10, Bartında isə 1 nəfər dünyasını dəyişib.
Geri qayıt