ABŞ-nin təxliyə etdiyi bəzi əfqanlar müvəqqəti olaraq İspaniyada bazalara yerləşdiriləcək
Əvvəllər Amerika hökumətinə köməklik edən bəzi Əfqanıstan vətəndaşlarının təxliyə olunaraq, müvəqqəti İspaniyadakı hərbi bazalara yerləşdirilməsi qərara alınıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.
Sənəddə qeyd olunur ki, ABŞ prezidenti Co Bayden İspaniyanın Baş naziri Pedro Sançeslə telefon danışığı keçirib. Onlar Əfqanıstandakı son hadisələri müzakirə ediblər.
Bayden ABŞ-yə aparılması nəzərdə tutulan və təhlükə ilə üzləşən əfqanların Rota və Moron-de-la-Frontera hərbi bazalarında müvəqqəti olaraq yerləşdirilməsində göstərdiyi köməyə görə Sançesə minnətdarlığını bildirib.
Geri qayıtAPA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.