Rus qızlar ən çox hansı millətdən olan kişilərlə ailə qurur?

Rus qızlar ən çox hansı millətdən olan kişilərlə ailə qurur? Rusiyada əcnəbilərlə qurulan nikahların sayı artır

Ən çox nikahlar isə keçmiş sovet ölkələrinin vətəndaşları ilə bağlanır. Təkcə Saratov vilayətində ötən bir il ərzində əcnəbilərlə 630 belə nikah bağlanıb.

Rusiya mətbuatına istinadən xəbər veririk ki, bu vilayətdə rusların ailə qurduğu əcnəbilərin əksəriyyəti Azərbaycan, Ermənistan, Qazaxıstan vətəndaşlarıdır. Bundan başqa, 4 alman, 1 fransız və 1 ingilislə də nikah bağlanıb.

Saratov VVAQ İdarəsinin rəhbəri Yuliya Ponomaryovanın sözlərinə görə, nikaha girənlər əsasən 25-34 yaş arası şəxslərdir. Bu yaşdan öncə nikaha isə çox nadir hallarda rast gəlinir.
Geri qayıt