Trampın səs-küyə səbəb olan fotosu

Trampın səs-küyə səbəb olan fotosu ABŞ prezidenti Donald Trampın Ceyms Komeyi vəzifəsindən kənarlaşdırandan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı çəkilən foto səs-küyə səbəb olub.

Xarici mediaya istinadən xəbər veririk ki, Tramp seçki kampaniyası zamanı Rusiya ilə əlaqələrini araşdıran Federal Tədqiqat Bürosunun prezidenti Ceyms Komeyi vəzifəsindən kənarlaşdırandan sonra Sergey Lavrovla görüşüb.

Rusiyanın xarici işlər naziri və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla səmimi münasibəti əks etdirən foto ölkədə narazılıqla qarşılanıb.

Qeyd edək ki, ABŞ-ın keçmiş Milli Təhlükəsizlik müşaviri Maykl Flin keçən il Sergey Kislyakla görüşəndən sonra vəzifəsindən kənarlaşdırılmışdı.
Geri qayıt