Rejissoru öldürən valideynlərdən etiraf - Qızı və kürəkənini də doğrayıb

Rejissoru öldürən valideynlərdən etiraf - Qızı və kürəkənini də doğrayıb Məşhur iranlı rejissor Babək Xorramdinin ailəsi tərəfindən öldürülməsi məsələsi dünya mediasının gündəmindən düşmür.
Xarici KİV-ə istinadən xəbər verir ki, Babəkin cinayətinin amılləri hər kəsi təəccübləndirib.
Oğullarını öldürdükləri üçün peşman olmadıqlarını deyən ana və ata polisə ifadə verərkən daha əvvəl kürəkənlərini və qızlarını da öldürdüklərini etiraf ediblər.
Rejissorun cəsədi Tehranda bir zibil qutusunda tapılıb. Cəsədin ona aid olduğu öyrənildikdən sonra ana və ata həbs edilib. Onlar cinayətlərini etiraf edərkən "Yenə olsa, yenə edərik" sözlərini söyləyiblər.
İran medyasında yer alan xəbərdə bildirilib ki, 47 yaşlı Babək subay olub, evlənməkdən imtina edib və əxlaqsız həyat tərzi sürürmüş. Sosial şəbəkədə isə rejissorun aktif bir sosial şəbəkə istifadəçisi olduğu yazılıb. Tehranda oxuduğu sənət məktəbindən olan dostlarını evinə qonaq çağırıb. Bu isə valideynlərin xoşuna gəlməyib.
Rejissorun atası Abdullah Xorramdin polisə ifadəsində digər iki övladını da əxlaqsız həyat tərzi sürdükləri üçün öldürəcəyini deyib.
Geri qayıt