Türkiyə üçün ağır gün - 2 əsgər şəhid oldu, 11-i yaralandı

Türkiyə üçün ağır gün - 2 əsgər şəhid oldu, 11-i yaralandı Türkiyənin Ağrı şəhərinin Doğubayazıt vilayətinin Tendürek dağında PKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub.

“Posta” qəzetinə istinadən verdiyimiz məlumata görə, hadisə nəticəsində 2 əsgər şəhid olub, 11 əsgər yaralanıb, eləcə də 5 terrorçu ölüb.

Bölgədə hava dəstəkli əməliyyat başlayıb. Yaralı əsgərlərin xəstəxanalara aparılması üçün əraziyə təcili tibbi yardım avtomobilləri və helikopterlər cəlb olunub.
Geri qayıt