Aralıq dənizində miqrant faciəsi: 57 nəfər öldü

Aralıq dənizində miqrant faciəsi: 57 nəfər öldü Liviya sahillərində miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində azı 57 nəfər ölüb.
Xarici KİV-ə istinadən xəbər veririk ki, qayıqda Tunisdən Aralıq dənizi ilə İtaliyaya yollanan miqrantlar olub.
Tunisin Qırmızı Aypara Komitəsinin yaydığı məlumata görə, qəza zamanı ölən 33 miqrantın cəsədi tapılıb, hazırda digərlərinin axtarışları davam etdirilir.
Geri qayıt