Meksikanın paytaxtı Mexikoda metro körpüsünün çökməsi nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb. Paytaxt meri Klaudiya Şeynbaum öz növbəsində metro körpüsünün qatarla birlikdə çökdüyünü söyləyib. Hadisə Mexiko şəhərinin cənub-şərqində, “Olivos” və “Tesonko” stansiyaları arasındakı ərazidə baş verib.