II Yelizavetanın həyat yoldaşı vəfat etdi

II Yelizavetanın həyat yoldaşı vəfat etdi Böyük Britaniya kraliçası 2-ci Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu, şahzadə Filip vəfat edib.
Bu barədə Bukingem sarayı bildirib.
Qeyd olunur ki, 99 yaşlı şahzadə son illərdə sağlamlığı ilə bağlı problemlər yaşayırdı. O, son aylarda bir neçə dəfə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar Böyük Britaniyada matəm elan olunub.
Geri qayıt