Bu gün İstanbulun 7 rayonunda Türkiyənin ən məşhur mafiya lideri Sedat Pekerə yaxın 63 nəfərə qarşı əməliyyat həyata keçirilib. Türkiyə KİV-ə istinadən xəbər veririk ki, nəticədə 43 nəfər saxlanılıb. Lakin əməliyyat zamanı Sedat Pekeri saxlamaq mümkün olmayıb. Onun xaricdə olduğu bildirilir.