Hollivudun ən bahalı boşanması...

Hollivudun ən bahalı boşanması... Hollivudun keçmiş cütlüyü Ancelina Coli və Bred Pittin boşanma prossesi hələ də davam edir.
Xarici  KİV-ə istinadən xəbər veririk ki, Ancelina və Bredin 3 bioloji və 3 himayəyə götürdüyü 6 övladı var. Cütlük məhkəmə yolu ilə 6 övladının qəyyumluğunun kimdə qalacağını müəyyənləşdirəcək.
Prossesdə iştirak edən vəkillərdən biri Kelli Rikert, Pittlə Colinin ayrılmaq üçün bu günə qədər 1 milyon dollarından (1 milyon 700 min manatından) keçdiyini bildirib. Buna görə də, ikili arasında 2016-cı ildən başlayan hüquqi prossedurlar Hollivud tarixinin ən bahalı boşanması hesab edilir. Məhkəmə prossesi davam etdikcə ulduzların xərci də artır.
“Pitt 6 övladının qəyyumluğunu Ancelina ilə paylaşmaq istəyir, lakin Coli eks həyat yoldaşının bu istəyini qəbul etmir və mübarizə aparır. Bu prosses cütlüyün 12 yaşında olan əkiz övladları yetkinlik yaşına çatana qədər davam edə bilər. Şikayətçi tərəflərin vəkillərinin saatlıq əmək haqqı isə 1000 və 1500 dollar arasındadır”- deyə, vəkil, bildirib.
Geri qayıt