Tanzaniya prezidenti vəfat edib

Tanzaniya prezidenti vəfat edib Tanzaniya prezidenti Con Maqufuli dünyasını dəyişib.

Bu barədə ölkənin vitse-prezidenti Samia Hasan Suluhu açıqlama verib.

Onun sözlərinə görə, ürək problemindən əziyyət çəkən dövlət başçısı paytaxtdakı Mzena xəstəxanasında vəfat edib. 61 yaşlı prezident bir müddət idi ki, yoxa çıxmışdı.

Bundan əvvəl Tanzaniya müxalifətinin lideri Tundi Lisu onun Keniyada xəstəxanaya yerləşdirildiyini, koronavirus və ürək xəstəliyindən əziyyət çəkdiyini bildirimişdi. Lakin bu məlumatlar rəsmi səviyyədə təkzib olunmuşdu.
Geri qayıt