Türkiyədə bütöv bir kənd yanır

Türkiyədə bütöv bir kənd yanır Bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.

“Hürriyet” qəzetinə istinadən xəbər verirİk ki, kəndin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığını bildirib.

Türkiyə daxili işlər nazirinin müavini İsmail Çataklı yanğının kəndin böyük bir hissəsini təhdid etdiyini açıqlayıb.

Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Eyni zamanda yanğının söndürülməsi üçün bir vertolyot də istənilib.
Geri qayıt