Türkiyədə qadın azərbaycanlı sevgilisinin silahı ilə özünü ÖLDÜRDÜ

Türkiyədə qadın azərbaycanlı sevgilisinin silahı ilə özünü ÖLDÜRDÜ İstanbulda 20 yaşlı gənc qadın Qamze Zümrüttaşın intiharına görə onun Azərbaycan vətəndaşı olan sevgilisi, 31 yaşlı X.B. saxlanılıb.

Türkiyə KİV-ə istinadən xəbər veririk ki, məhkəmə 31 yaşlı azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçib və o intihara təşviq etməkdə günahlandırılır.

Belə ki, gənc qadının intihar üçün istifadə etdiyi silahı ona azərbaycanlı sevgilisinin verdiyi üzə çıxmışdı.

Gənc qadının ailə üzvlərinin dediklərinə görə, Qamze 3 il əvvəl, 17 yaşı olanda evlənib. Bu evlilikdən bir qızı dünyaya gəlib. Lakin həyat yoldaşı ilə yola getmədiyi üçün ayrılıb. Daha sonra Azərbaycan vətəndaşı X.B. ilə tanış olub və onunla birlikdə Bəylikdüzündəki mənzildə yaşamağa başlayıb. Hadisədən bir ay əvvəl onların həbsdən şərti azadlığa çıxdığı bildirilir. Qamze və azərbaycanlı sevgilisinin narkotik üstündə tutulduğu deyilir. Gənc qadının intihar üçün istifadə etdiyi tapança onun sevgilisinin olub və rəsmi icazəsi yox imiş.
Geri qayıt