Türkiyədə keçmiş bələdiyyə sədri məktəbliləri güllələdi

Türkiyədə keçmiş bələdiyyə sədri məktəbliləri güllələdi Türkiyənin Çorum vilayətinin Alaca rayonunda keçmiş bələdiyyə sədri oğlu ilə mübahisə edən məktəbliləri güllələyib.

DHA xəbər verir ki, dünən 8-ci sinif şagirdləri 14 yaşlı Tunç Taşarı və 13 yaşlı Kaan Hakverdi keçmiş kənd bələdiyyə sədri Sərvətin oğlu Z.B. ilə mübahisə ediblər.

Z.B. axşam evə gələndə hadisəni atasına danışıb.

Bu gün səhər Sərvət B. uşaqları məktəbə aparan mikroavtobusu saxlatdıraraq Tunç Taşarı və Kaan Hakverdini tapança ilə vurub.

Yaralanan uşaqlar xəstəxanaya çatdırılsalar da onların həyatını xilas etmək mümkün olmayıb.

Sərvət B. tutulub. Onun arvadı da öldürülməzdən əvvəl uşaqları təhqir etməsi iddiası ilə nəzarətə götürülüb.

Məlum olub ki, şübhəli ilə öldürdüyü uşaqların ailələri arasında düşmənçilik var imiş.
Geri qayıt